RU

“Valensiya” Xaymeni gətirdi, Valeranı icarəyə verdi

Portuqaliyanın “Portu” klubunun hücumameyilli yarımmüdafiəçisi İvan Xayme bundan sonra “Valensiya”nın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə İspaniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

La Liqa təmsilçisi 24 yaşlı ispan futbolçunu bu mövsümün sonunadək icarəyə götürüb.

İvan Xayme peşəkar karyerasına “Malaqa”da başlayıb. Daha sonra Portuqaliyada “Famalikan”ın uğurları üçün çalışmağa başlamış futbolçu 2023-cü ildən “Portu”da çıxış edirdi. Xayme İspaniyanın U-19 yığmasında da forma geyinib.

“Valensiya” öz vingeri Xerman Valeranı da “Elçe”yə icarəyə verib. 22 yaşlı ispan futbolçu bu mövsümün sonunadək icarədə olacaq.

“Vilyarreal” və “Atletiko” (Madrid) klublarının yetirməsi olan Xerman Valera karyerası ərzində “Tenerife”, “Real Sosyedad”, “Andorra”, “Saraqosa” kimi klublarda da çıxış edib. “Valensiya”ya cari mövsümün əvvəlində cəlb olunmuş ispan vinger ölkəsinin U-16, U-17 və U-18 yığmalarında da oynayıb.

Избранный
72
arena.az

1Источники