RU

40 mindən artıq məmur İŞDƏN ÇIXARILIR

Hurriyyet.az xəbər verir ki, ABŞ-da azı 40 min nəfər dövlət qulluqçusu istefa verməyə razı olduğunu bildirib.

CNN telekanalının Ağ Evdəki mənbəyə istinadla verdiyi məlumata görə, azı 40 min nəfər dövlət qulluqçusu ABŞ Prezidenti Donald Trampın administrasiyasının  səkkiz aylıq müavinət qarşılığında öz istəyi ilə istefa vermək təklifi ilə razılaşıb.

Yanvar ayının sonunda NBC telekanalı xəbər vermişdi ki, yeni hakimiyyət öz istəyi ilə istefa verməyə razılaşan dövlət qulluqçularına 8 aylıq müavinət ödəməyi təklif edib və federal məmurlardan 10%-ə qədərinin bu təklifi qəbul edəcəkləri gözlənilir. Bu təşəbbüs hökumətə milyardlarla dollara qənaət etmək imkanı verəcək. Prezident administrasiyasının yüksək vəzifəli təmsilçisi telekanala federal qulluqçuların 5-19%-nin istefasının gözlənildiyini xəbər verib. 

Telekanalın saytının rəsmi şəxsə istinadla verdiyi xəbərdə deyilir: "Azı 40 min nəfər istefa proqramında iştirak etməyə razılıq verib".

Telekanalın məlumatına görə, təxminən 2 milyon nəfərə qədər dövlət qulluqçusuna bu təklif edilib.

Hürr Tərcüman

Избранный
7
2
hurriyyet.az

3Источники