ABŞ-dən sonra İsrail də BMT-nin İnsan Hüquqları Şurasında iştirakdan imtina edib.
AzadMedia.az xəbər verir ki, bu barədə İsrailin XİN-i açıqlama verib.
"Trampın BMT-nin İnsan Hüquqları Şurasında iştirak etməmək qərarını alqışlayırıq. İsrail ABŞ-yə qoşulur və Şurada iştirakını dayandırır", - Saar bildirib.
Onun sözlərinə görə, BMT-nin İnsan Hüquqları Şurası demokratik dövlətə (İsrailə - red.) hücumlar və antisemitizmin yayılması üzərində cəmləşib.
O, qurumun fəaliyyətindəki boşluqlar aradan qaldırılana qədər fəaliyyət göstərmək niyyətində olmadıqlarını qeyd edib.
"İnsan Hüquqları Şurasında İsrailə qarşı 100-dən çox qətnamə qəbul edilib, Bu, Şuranın qəbul etdiyi bütün qətnamələrin 20 %-dən çoxunu təşkil edir və İran, Kuba, Şimali Koreya və Venesuelaya qarşı qəbul edilən qətnamələrdən sayca çoxdur", - nazir vurğulayıb.
Saar həmçinin əlavə edib ki, İsrail artıq bu ayrı-seçkiliyə dözməyəcək.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ölkəsinin BMT-nin İnsan Haqları Şurasından (UNHRC) çıxarılması və BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) maliyyələşdirilməsini dayandırması barədə sərəncam imzalayıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта