Bu gün 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında 2025-2027-ci il Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin də rəqibləri müəyyənləşib.
İsveçrənin Nyon şəhərində baş tutan püşkatma nəticəsində B qrupunda yer alan U-21 Portuqaliya, Çexiya, Bolqarıstan, Şotlandiya və Cəbəllütariq yığmaları ilə mübarizə aparacaq.
2025-ci ilin martında başlayacaq seçmə mərhələ 2026-cı ilin oktyabrına qədər davam edəcək.