RU

Biləsuvarda qəzada 5 nəfər xəsarət alıb

Biləsuvar rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə hadisə köhnə Bakı-Astara magistralında, Biləsuvar rayonunun Əsgərabad kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2115" markalı nəqliyyat vasitəsi "Mercedes" markalı minik avtomobili ilə toqquşub. Baş verən qəzada 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Избранный
81
3
apa.az

10Источники