19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin Avropa çempionatının əsas mərhələsindəki oyunlarının təqvimi açıqlanıb.


Rekord.az xəbər verir ki, 7-ci qrupda yer alan yığma ilk matçını martın 26-da Bosniya və Herseqovina seçməsinə qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.


U-19 martın 27-də, saat 22:00-da Xorvatiya, iki gün sonra saat 19:00-da Türkiyə ilə üz-üzə gələcək.


Qeyd edək ki, əsas mərhələnin qarşılaşmaları Xorvatiyada olacaq.