RU

Sabiq icra başçısı XİN-dən verilən xidməti paspotu İTİRİB

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) tərəfindən Razim İsa oğlu Məmmədovun adına verilmiş xidməti pasport itib.

Modern.az-ın məlumatına görə, bu barədə XİN-in rəsmi KİV-də dərc olunmuş elanında bildirilib.

Məlum olub ki, elanda söhbət Xətai Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Razim Məmmədovdan gedir.

Sənədin hansı şəraitdə itdiyi məlum deyil.

Razim Məmmədov 1999-cu ildə yaradılmış "Real-İnşaat" firmasının həmtəsisçisi, 2004-cü ildə Sumqayıt şəhərində yaradılmış "Real Tibb Mərkəzi" MMC-nin təsisçisi və direktoru olub.

Azərbaycan Respublikasının Prezidentinin 26 sentyabr 2006-cı il tarixli Sərəncamı ilə Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

2018-ci ilin dekabrında Xətai Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

 

  

Избранный
47
3
modern.az

4Источники