![Sabah](https://ulusum.az/uploads/posts/2025-02/9ff655c3b6_440167841_0_133_1281_853_1920x0_80_0_0_dc47f0e31cac9f3ba464c5a2c1963e27_jpg.webp)
Bakıda və Abşeron yarımadasında hava şəraiti gün ərzində fasilələrlə yağıntılı olacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. “Ulusum”.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.Havanın temperaturu gecə 3-5° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 0-4° isti, gündüz 6-10° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.
Diqqət Çəkənlər
İş saatlarında - Dəyişiklik
Kinomuzun unudulmaz ikonası - Hamlet Xanızadə
İki ölkə arasında "minillik tərəfdaşlıq" iddiası