RU

Yüksək dağlıq ərazilərdə qar yağacağı, şaxta olacağı gözlənilir

Bakı, 6 fevral, AZƏRTAC

Azərbaycanda fevralın 7-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin gün ərzində fasilələrlə yağıntılı olacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-5°, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi 765 millimetr civə sütunundan 771 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-4°, gündüz 6-10° isti, dağlarda gecə 5-10°, yüksək dağlıq ərazilərdə 10-15°, gündüz 0-5° şaxta olacağı ehtimal edilir.

Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

Избранный
67
49
azertag.az

10Источники