RU

Makron Culanini Fransaya dəvət etdi

Fransa Prezidenti Emmanuel Makronla Suriyanın müvəqqəti Prezidenti Əhməd əş-Şaraa (Culani) arasında telefon danışığı olub.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Makron əl-Şaraanı Fransaya səfərə dəvət edib.

Telefon danışığı zamanı Makron Ə. Şaraanı ölkə prezidentliyinə keçməsi münasibətilə təbrik edib, həmçinin keçid dövründə Suriyaya tam dəstək olduğunu vurğulayıb.

Makron Fransanın Suriyaya qarşı sanksiyaları ləğv etmək üçün addımlar atdığını da bildirib. Onlar Suriyada təhlükəsizlik məsələlərini müzakirə edərək, təhlükəsizliyin və sabitliyin qorunması üçün birgə çalışmağın vacibliyini vurğulayıblar.

Избранный
42
2
qafqazinfo.az

4Источники