![Fransa](/uploads/posts/2025-02/mir-2.webp)
Ukraynaya ilk dəfə “Mirage 2000” qırıcısı verilib.
Reyting.az bildirir ki, bunu Fransanın müdafiə naziri Sebastyan Lekornu deyib.
Lekornu Ukraynanın ilk Fransız “Mirage 2000” qırıcılarını qəbul etdiyini açıqlayıb.
“6 iyun 2024-cü ildə Emmanuel Makron “Mirage 2000” təyyarələrinin Ukraynaya göndəriləcəyini elan etdi. Onlardan birincisi bu gün Ukraynaya çatdı. Fransada aylarla təlim keçən ukraynalı pilotlar indi Ukrayna səmasının qorunmasına kömək edəcəklər”, - nazir bildirib.
Lekornu Ukraynaya neçə təyyarənin gəldiyini dəqiqləşdirməyib.
ELÇİN