RU

FHN “Məktəblinin dostu” layihəsinin iştirakçıları üçün təlimlər keçirdi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Məktəblinin dostu” layihəsinin iştirakçıları üçün Regional Mərkəzdə, o cümlədən Sumqayıt şəhər 1 və 31 nömrəli məktəblərdə “Fövqəladə hallar zamanı davranış qaydaları”mövzusunda maarifləndirici təlimlər keçirib.

Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Təlimlərin keçirilməsində məqsəd layihə iştirakçılarının fövqəladə hallardan mühafizə və mülki müdafiə sahəsində bilik və bacarıqlarının artırılması olub.

Təlimlərdə Nazirliyin aidiyyəti strukturlarınınAbşeron-Xızı Regional Təhsil İdarəsinin əməkdaşları, “Məktəblinin dostu” layihəsinə cəlb olunan şəxslər və yuxarıda adları qeyd olunan məktəblərin kollektivi iştirak edib.


Təlimlərin nəzəri hissəsində fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları, fövqəladə hallar zamanı ilkin psixoloji yardımın göstərilməsi və təxliyənin təşkili barədə ətraflı məlumat verilib, mövzulara dair videoçarxlar nümayiş olunub.

Təlimlərin praktiki hissəsində şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra məktbə kollektivinin təxliyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, “yanğınla” mübarizə tədbiri simulyasiya edilib. Həmçinin, tədbir iştirakçılarına “zərərçəkmişlərin” xilas edilməsi və ilkin yardımın göstərilmə qaydası nümayiş olunub.

Daha sonra layihə içtirakçılarına xilasetmə alət və avadanlıqları barədə məlumat verilib.

Təlimlərin yekunu olaraq “Məktəblinin dostu” layihəsinə cəlb olunmuş şəxslərə sertifikatlar təqdim edilib.


Müəllif: Əsəd Məmmədəliyev
Избранный
27
8
teleqraf.com

9Источники