RU

Şuşa Mərkəzi Xəstəxanasının inşası yekunlaşır - FOTOLAR

İşğaldan azad edilən ərazilərdə digər sahələrlə yanaşı, tibb və səhiyyə xidmətlərinin təşkili üçün də genişmiqyaslı işlər həyata keçirilir. Belə layihələrdən biri təməli 2021-ci il noyabrın 7-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulan 90 çarpayılıq Şuşa Rayon Mərkəzi Xəstəxanasıdır.

FED.az xəbər verir ki, layihə rəhbəri Calal Əfəndiyev bildirib ki, 3,7 hektara yaxın sahədə inşa edilən xəstəxana binası 4-ü dördmərtəbəli, 2-si isə birmərtəbəli olmaqla 6 korpusdan ibarətdir. Əsas xəstəxana binası 50 çarpayılıq, Reabilitasiya Mərkəzi isə 40 çarpayılıqdır.

Şuşa Rayon Mərkəzi Xəstəxanasının ərazisində, eyni zamanda, Gigiyena və Epidemiologiya Mərkəzi, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi, yoluxucu xəstəliklər və hemodializ korpusları inşa olunub. 40 çarpayılıq Reabilitasiya Mərkəzi Pediatriya, Terapiya, Nevrologiya və Artrologiya şöbələrindən ibarətdir. Burada turistlərə və pasiyentlərə reabilitasiya xidmətləri göstərilməsi məqsədilə turşsu və yod-brom vannaları, duz mağarası və digər tibbi xidmət bölmələri yaradılıb. (Azərtac)

ŞuşaŞuşaŞuşaŞuşa
Избранный
13
7
fed.az

10Источники