RU

Dilqəm Məhərrəmovun lisenziya və karyerası bitdi - Foto

Xəbər verdiyimiz kimi, Səhiyyə Nazirliyinin 10-a yaxın estetik cərrahın sertifikasiya şəhadətnaməsini ləğv etdiyi barədə məlumat yayılıb.

Olaylar.az xəbər verir ki, mətbuatda xalq artisti Aygün Kazımovanın plastik cərrahı kimi tanınan məşhur plastik rekonstruktiv cərrah Dilqəm Məhərrəmovun da yeni sertifikat almayacağı barədə məlumat yayılıb.

"Baku Medical Plaza" isə verdiyi açıqlamada Dilqəm Məhərrəmov haqda yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini və cərrahın işnin başında olduğunu bildirib. Bu isə sosial şəbəkədə müzakirələrə səbəb olub.

Saytımıza daxil olan sənəddən görünür ki, Dilqəm Məhərrəmovun şəhadətnaməsinin vaxtı 2 martda başa çatır. Yəni Səhiyyə Nazirliyi ona 2020-ci il 2 martında 5 illik lisenziya verib.

Amma cərrah şəhadətnaməsinin yenilənməsi üçün Səhiyyə Nazirliyinin təşkil etdiyi kursda iştirak etməyib. Kursda iştirak etməmək və imtahana qatılmamaq isə o deməkdir ki, onun lisenziyasının müddəti uzadılmayacaq.

O ki qaldı D.Məhərrəmovun hazırda işinin başında olmasına, Səhiyyə Nazirliyinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin, Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası lisenziyaların təqdim edilməsi üçün 31 yanvara qədər tarix təyin etmişdi.

"Komissiya tərəfindən ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlara peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətlərini (baza ali tibb təhsili, diplomdansonrakı təhsilə aid bütün sənədlər, əmək kitabçası, tibbi fəaliyyət ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə, sertifikasiya şəhadətnaməsi və s.) Səhiyyə Nazirliyinə şəxsən 2025-ci il 31 yanvar tarixinədək təqdim edilməsi müəyyənləşib. Bu barədə müxtəlif media vasitəsilə bir neçə dəfə elanlar verilib.

Göstərilən tarixədək Səhiyyə Nazirliyinə 82 mütəxəssis tərəfindən sənədlər tələb olunan qaydada təqdim edilib. Xüsusi Təftiş Komissiyası daxil olan sənədləri onları təqdim edən şəxslərin iştirakı ilə fərdi qaydada yoxlayacaq. Yekun nəticələr barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, bu tarixədək sənədlərini təqdim etməyən mütəxəssislərin praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsi ləğv olunmuş hesab edilir", - Səhiyyə Nazirliyinin rəsmi məlumatında bildirilir.

Əgər Dilqəm Məhərrəmov sənədlərini təqdim edibsə, onda lisenziyasının təsdiqlənməsini gözləyəcək və mümkündür ki, məhz buna görə hazırda "işinin başındadır". Ancaq lisenziyası təsdiqlənsə belə, onun vaxtı 2 mart 2025-ci ildə başa çatır.

Xatırladaq ki, jurnalist Qənirə Ataşovanın media və sosial şəbəkələrdə saxta lisenziyalı və ümumiyyətlə lisenziyası olmayan həkim-cərrahlarla bağlı yaydığı məlumatların mənbəyinin Dilqəm Məhərrəmov olduğu haqda iddialar var. (axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
12
2
olaylar.az

3Источники