Bu il 5 fənnin müəllimlərinin sertifikasiyadan keçirilməsi gözlənilir.
Modern.az-ın məlumatına görə, bu barədə elm və təhsil naziri Emin Əmrullayev deyib.
O qeyd edib ki, 2025-ci ildə biologiya, kimya, coğrafiya, informatika və fizika müəllimləri sertifikasiyadan keçiriləcək.
Gələn il isə tarix, texnologiya, musiqi, təsviri incəsənət və fiziki tərbiyə müəllimlərinin sertifikasiyadan keçiriləcəyi qeyd olunub.