AZ

Bu il 5 fənnin müəllimləri sertifikasiyadan keçiriləcək - Nazir AÇIQLADI

Bu il 5 fənnin müəllimlərinin sertifikasiyadan keçirilməsi gözlənilir.

Modern.az-ın məlumatına görə, bu barədə elm və təhsil naziri Emin Əmrullayev deyib.

O qeyd edib ki, 2025-ci ildə biologiya, kimya, coğrafiya, informatika və fizika müəllimləri sertifikasiyadan keçiriləcək.

Gələn il isə tarix, texnologiya, musiqi, təsviri incəsənət və fiziki tərbiyə müəllimlərinin sertifikasiyadan keçiriləcəyi qeyd olunub.

Seçilən
19
1
modern.az

2Mənbələr