RU

Bu il beş fənn üzrə müəllimlərin sertifikatlaşdırma imtahanlarına cəlbi nəzərdə tutulur

Bu il biologiya, kimya, fizika, coğrafiya və informatika fənni müəllimlərinin sertifikatlaşdırma imtahanlarına cəlbi nəzərdə tutulur.

“Report” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 6-da keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, gələn il üçün isə tarix, texnologiya, musiqi, təsviri incəsənət və fiziki tərbiyə üzrə müəllimlər üçün imtahan planlaşdırılır:

"Bununla da 2027-ci ildə artıq bütün fənn müəllimləri sertifikasiyadan keçmiş olacaq".

E.Əmrullayev bildirib ki, 2026-cı ilin sonunadək bütün fənlər üzrə 40 min təhsilverən sertifikatlaşdırma prosesinə cəlb olunacaq.

Nazir xatırladıb ki, 2022-2024-cü illər üzrə 64 min 901 müəllim sertifikasiyaya cəlb olunub:

Избранный
31
3
aznews.az

4Источники