RU

"Real"ın düşərgəsində gərginlik: Ulduzlar oyun vaxtı mübahisə etdi

İspaniya kubokunun 1/4 final mərhələsi çərvəsində keçirilən "Leganes" - "Real" oyununda (2:3) qonaq komandanın düşərgəsində xoşagəlməz hadisə yaşanıb.

Publika.az xəbər verir ki, insidentin mərkəzində yarımmüdafiəçi Luka Modriç və vinger Vinisius Junior yer alıb.

Belə ki, oyunun bitməsinə 5 dəqiqə qalmış "Leqanes" futbolçuları küncdən zərbə qazanıb. Bu zaman Luka Vinisiusa tərəf gedərək, ondan geriyə qayıtmasını və komandaya müdafiədə kömək etməsini tələb edib.

Luka bu epizoda qədər oyun ərzində iki dəfə ona yaxınlaşaraq, eyni etirazı bildirib. Lakin hər ikisində braziliyalı futbolçu ona məhəl qoymayıb. Sonra yenə eyni hal yaşanıb və Luka ondan üçüncü dəfə eyni şeyi tələb edib. Vine isə isə jest ilə "Məndən nə istəyirsən?" deyərək qışqırıb. Luka Modric isə əsəbiləşərək "Cəhənnəm ol", - deyə qarşılıq verib.

24 yaşlı vinger oyun bitən kimi dərhal meydandan uzaqlaşıb və komanda yoldaşları ilə qələbəni qeyd etməyib.

Избранный
9
publika.az

1Источники