RU

Kobaxidze USAID-i sabitliyi pozan təşkilatları maliyyələşdirməkdə günahlandırıb

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən tez-tez maliyyələşdirilən Gürcüstan QHT-ləri ölkədə vəziyyəti gərginləşdirmək cəhdlərinə cəlb olunub və cəlb olunmaqda davam edir.

“Report” Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ölkənin baş naziri İrakli Kobaxidze bildirib.

O, USAID tərəfindən maliyyələşdirilən "Beynəlxalq Ədalətli Seçkilər və Demokratik Cəmiyyət" (ISFED) QHT-ni nümunə gətirib. İ.Kobaxidze iddia edir ki, 2020-ci il parlament seçkilərində bu təşkilat cəmiyyətdə iğtişaşlar törətmək məqsədilə səsvermənin nəticələrinin paralel hesablanmasında saxtakarlığa yol verib.

"Siz indi də proseslərin necə inkişaf etdiyini görürsünüz. İnqilab cəhdlərinin önündə məhz xaricdən maliyyələşdirilən QHT-lər dayanır. Bunlar USAID, NED (Demokratiyaya Dəstək Milli Fondu) tərəfindən maliyyələşdirilən təşkilatlardır. Onları artıq ABŞ-nin yeni administrasiyası da açıq şəkildə tənqid edir", - o vurğulayıb.

İ.Kobaxidze yeni administrasiya dövründə ABŞ səfirliyinin, ilk növbədə, gürcü xalqına və Gürcüstan dövlətinə münasibətinin dəyişəcəyinə və "səfirlik, USAID, NED və digər müvafiq strukturlar arasında mövcud olan çirkin koordinasiyaya son qoyulacağına ümid etdiyini deyib.

Избранный
98
13
report.az

10Источники