RU

Aygün Kazımovadan süni intelektlə hazırlanmış klip -"Əlcək"

Aygün Kazımova bu dəfə süni intelektlə klip hazırlatdırdı

 

Xalq artisti Aygün Kazımova 2025-ci ilə olan ikinci layihəsini təqdim edib. 

Oxu24.com xəbər verir ki, Pop kraliça bu dəfə "Əlcək" adlı yeni mahnı oxuyub və ona maraqlı video çarx hazırlatdırıb. 

Uzun müddətdir son zamanların dəbi ilə ayaqlaşan Kazımova süni intelektlə fotolarını izləyiciləri ilə bölüşürdü. Bu dəfə isə Diva bunun səbəbini açıqlayıb. Ölkənin əsas ulduzu klipi üçün süni intelektə müraciət edib. O, fotoların da sözügedən ekran işinin anonsu olduğunu vurğulayıb. Belə ki, klip Rusiyada Elena İkonnikova (lenaiko) və komandası tərəfindən süni intelektlə ərsəyə gəlib. 

Bəstənin müəllifi Mirodur. Bu, Kazımovanın Miro ilə ikinci işbirliyidir. Pop kraliçanın bundan əvvəl oxuduğu "Bilmək olmaz" hitinin də müəllifi Miro olub. 

Qeyd edək ki, A.Kazımova 10 gün əvvəl "Etiraf" adlı layihəsini təqdim edib. Müğənninin həyat hekayəsindən bəhs edən klip yutubda 1 milyondan çox izlənilib.

 

 

Избранный
28
2
oxu24.com

4Источники