ABŞ-də Nyu-York Yanğından Mühafizə İdarəsi (FDNY) Harlem rayonunda beşmərtəbəli yaşayış binasında baş verən yanğına müdaxilə edib.
"Cebheinfo.az" xəbər verir ki, Nyu-York Yanğınsöndürmə İdarəsi “X” sosial media hesabında Harlemdə beşmərtəbəli yaşayış binasında yerli vaxtla axşam saat 21:00 radələrində başlayan yanğının videosunu paylaşıb.
Yanğının söndürülməsi üçün ərazidə 170-ə yaxın yanğınsöndürən və tibb personalının olduğu və hadisə nəticəsində xəsarət alan olmadığı bildirilib.