RU

Politoloq: Tramp Qəzza zolağında turistik zona yaratmaq istəyir...

Tramp anklav əhalisinin müvəqqəti olaraq Misir və İordaniyaya köçürüləcəyini bəyan edib...

İlyas Hüseynov: “Fələstinlilər müvəqqəti olaraq Misir və İordaniyaya köçürülməsi müvəqqəti olmayacaq”.

“Əgər digər dövlətlər buna razılaşırlarsa, bölgə tamamilə İsrailin dominantlığına veriləcək. Eyni zamanda ABŞ-in da burada iştirakı artıq ciddi faktdır kimi qəbul ediləcək”.

Bu sözləri politoloq İlyas Hüseynov Trampın Yaxın Şərq planını Poliqon-a şərh edərkən qeyd qeyd.

Xəbər verdiyimiz kimi, Tramp Netanyahu ilə görüşündən sonra Qəzzada ABŞ-nin hakimiyyətinin bərqərar olacağını bildirərək anklav əhalisinin müvəqqəti olaraq Misir və İordaniyaya köçürüləcəyini bəyan edib.

Bəs, bu planın həyata keçməsi nə qədər mümkündür?

Mövzunu Poliqon-un əməkdaşı Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov ilə müzakirə edib.

 

İlyas Hüseynov: “Bəzi ehtimallara görə, bölgəni silahsızlaşdırmaq, fələstinlilərdən təmizləmək, uzun illər ərzində bölgədə tüğyan edən müharibələrə son qoymaq üçün buranı turizm və kurort zonasına çevirmək məqsədləri var”.

Müharibələrə son qoymağın müxtəlif variantlarının olduğunu xatırladan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, İsrail 7 oktyabr hadisəsini bir daha yaşamamaq üçün ən radikal addırmaları doğru hesab edir:

“Belə görünür ki, Trampın Yaxın Şərq bölgəsi ilə bağlı yeni planı var. Trampın İsrail lideri Netanyahu ilə görüşündən sonra bu planın işartıları görünməkdədir. Əvvələr də müxtəlif mülahizələr dolaşırdı ki, fələstinliləri Misir və İordaniyaya köçürmək iddiası var. Lakin bu artıq açıq şəkildə bəyan olunur.

Hesab edirəm ki, fələstinlilər müvəqqəti olaraq Misir və İordaniyaya köçürülməsi müvəqqəti olmayacaq. Məqsəd də bölgəni ərəblərdən təmizləməkdir. Fələstinlilərin digər bölgələrə köçürülməsi müqabilində Misir və İordaniyaya müxtəlif maliyyə vəsaitləri vəd edilir. Əgər dövlətlər buna razılaşırlarsa, bölgə tamamilə İsrailin dominantlığına veriləcək. Eyni zamanda ABŞ-in da burada iştirakçılığı artıq ciddi faktdır kimi qəbul ediləcək.

İlyas Hüseynov: “Şübhəsiz ki, bu geopolitik əsaslı bir layihədir və ABŞ bunu icra etmək əzmindədir”.

Bunu hansı formada, hansı görkəmdə təqdim edəcəkləri düşündürücüdür. Bəzi ehtimallara görə, bölgəni silahsızlaşdırmaq, fələstinlilərdən təmizləmək, uzun illər ərzində bölgədə tüğyan edən müharibələrə son qoymaq üçün buranı turizm və kurort zonasına çevirmək məqsədləri irəli sürülür. Yəni ciddi bir geopolitik, coğrafi, iqtisadi əsaslı, turizm yönümlü planın icrası haqqında proyektlər mövcuddur. Ancaq şübhəsiz ki, bu geopolitik əsaslı bir layihədir və ABŞ bunu icra etmək əzmindədir.

Müharibələrə son qoymağın müxtəlif variantları var. Amma İsrail 7 oktyabr hadisəsini bir daha yaşamamaq üçün ən radikal addırmaları doğru hesab edir. Eyni zamanda İsrail düşünür ki, ABŞ kimi müttəfiqi də bu işdə ona yardımçı ola bilər”.

Nərminə UMUDLU
Poliqon.info

Избранный
17
poliqon.info

1Источники