RU

“Miatsum”un iflası ...

Bu günlərdə Ermənistanın Eçmiədzin şəhərinin Komitas meydanından qondarma “artsax”ın “bayrağ”ının götürülməsi xəbərini hamımız izlədik. Bu hadisə əvvəllər paytaxt İrəvanın özündə də baş verib.

Buna paralel olaraq Nikol Paşinyan da bu günlərdə ermənilərin əsas piar mövzusu olan qondarma “soyqırımı” mövzusunu yenidən gündəmə gətirdi və ümumiyyətlə, bu hadisənin tarixdəki mövcudluğunu şübhə altına aldı.

Paşinyan bununla bağlı bütün erməniləri düşündürəcək suallar qoydu: “Əgər ortada erməni soyqırımı varsa, Türkiyə NATO-ya qatılıb Stalinlə arasını pozana qədər niyə heç yerdə qeyd edilməyib? 1915 hadisələri niyə 50-ci illərdə yada düşdü? Kimlər tarixi boyu bizi alətə çevirib, bunu araşdırmaq lazımdır”.

Gördüyümüz kimi Paşinyanın bu açıqlamasında həm “soyqırımı” mövzusunun həqiqətən də sonradan qondarıldığı etiraf olunur, həm də ermənilərin tarix boyu böyük güclər (xüsusən də Rusiya) tərəfindən alət kimi istifadə edilməsi gerçəyi gec də olsa dilə gətirilir.

Əlbəttə, Paşinyanın bu etirafları Ermənistanın millətçi, irqçi dünyagörüşlü qüvvələri tərəfindən qəzəblə qarşılandı. Bu da gözlənilən idi.

Lakin Paşinyan həmin qüvvələrin və o cümlədən, son 200 ildə ermənilərin ağlını, ruhunu türklərə nifrət şüarları ilə zəhərləyən Eçmiədzin kilsəsinin müqavimətini qırmağa, Ermənistan ictimaiyyətini sülhə hazırlamağa davam edir.

Ümumiyyətlə, Paşinyan öz xalqını dinc yolla denasifikasiya etmək, onu ifrat millətçilik azarından sağaltmaq istəyən və hazırkı erməni siyasi elitasında demək olar ki, yeganə adekvat ermənidir.

Paşinyan bu missiyanı axıra qədər davam etdirə biləcəkmi?

Bu suala birmənalı cavab vermək bir qədər çətin olsa da, amma görünən budur ki, o, millətçilik, faşizm təbliğatı ilə aşındırılmış erməni toplumunun həzrəti Musası olmaq missiyasını ciddi-cəhdlə davam etdirir. Və yəqin ki, elə tarixdə də öz xalqının həzrəti Musası kimi qalacaq.

Paşinyan isə bu missiyasına görə ilk növbədə Azərbaycana minnətdar olmalıdır. Çünki o, məhz 44 günlük müharibədəki məğlubiyyətdən sonra reallığı düzgün qiymətləndirməyə və çıxış yolunun “miatsum”, “böyük ermənistan”, “1915-ci il soyqırımı” kimi miflərdən, xülyalardan əl çəkməkdə olduğunu dərk etməyə başladı.

Избранный
94
vaxt.az

1Источники