“Hazırda Fransa Parisdə “Rus Evi”ni tamamilə bağlamağa çalışır”.
Sfera.az “Veçernyaya Moskva” portalına istinadən xəbər verir ki, bunu Rusiyanın Fransadakı səfiri Aleksey Meşkov deyib.
Onun sözlərinə görə, artıq “Rus Evi”nin hesabları dondurulub.
“Məsələ ilə bağlı Fransa tərəfi ilə çətin danışıqlar aparırıq, üstəlik Parisdə “Rus Evi” qanuni əsaslarla, ikitərəfli saziş əsasında fəaliyyət göstərir və Rusiyada da Fransanın Mədəniyyət Mərkəzi mövcuddur”, - deyə Meşkov qeyd edib.