RU

Məşhur futbolçu karyerasını BAŞA VURDU

Braziliya millisinin sabiq futbolçusu Marselo karyerasını başa vurub.

Bizim.Media xəbər verir ki, bunu sabiq müdafiəçinin özü açıqlayıb.

36 yaşlı cənubi amerikalı peşəkar karyerasını bitirməsi ilə bağlı sosial şəbəkə paylaşım edib.

2007-ci ildə “Real”a keçən Marselo İspaniya nəhəngi ilə 25 titul qazanıb. O, Çempionlar Liqasında 5, La Liqada 6, İspaniya kubokunda 2 uğura sevinib. 2022-ci ilin yayında “Olimpiakos”a keçən müdafiəçinin son klubu 2023-24-cü illərdə çıxış etdiyi doğma “Fluminense”si olub.

Qeyd edək ki, Marselo 2006-18-ci illərdə formasını geyindiyi Braziliya millisində 58 oyunda 6 qol vurub.

Bizim.Media

Избранный
18
1
bizim.media

2Источники