RU

Rusiya səfiri Britaniya XİN-ə çağırılıb

Andrey Kelin Böyük Britaniyanın Xarici İşlər Nazirliyinə çağırılıb.

Rusiya səfiri Andrey Kelin Böyük Britaniyanın Xarici İşlər Nazirliyinə çağırılıb.

Operativ Media xəbər verir ki, bu barədə Böyük Britaniya höküməti bəyanat yayıb.

Bildirilib ki, Britaniya Rusiyanın Londondakı səfirini rusiyalı diplomatın akkreditasiyasını ləğvi üçün çağırıb.

Bunun “Rusiyanın noyabr ayında Moskvada Britaniya diplomatının akkreditasiyasını ləğv etmək barədə əsassız qərarına" cavab olduğu bildirilib.

“Rusiyanın növbəti addımı eskalasiya kimi qiymətləndiriləcək və buna müvafiq olaraq cavab veriləcək”, - bəyanatda əlavə edilib.

Избранный
8
4
operativmedia.az

5Источники