RU

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın iclası keçirilib

Bakı. Trend:

Fevralın 6-da Azərbaycan Respublikasının Korrupsiyaya qarşımübarizə üzrə Komissiyasının iclası keçirilib.

Trend xəbərverir ki, Komissiyanın sədri Samir Nuriyev çıxış edərək AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevin korrupsiyaya qarşımübarizə sahəsində müəyyənləşdirdiyi hədəflərə çatmaq üçünKomissiyanın üzərinə düşən əsas vəzifələri iclas iştirakçılarınındiqqətinə çatdırıb. O qeyd edib ki, 2024-cü il ərzində də dövlətidarəçiliyində səmərəliliyin artırılması, şəffaflığıngücləndirilməsi və korrupsiyaya qarşı mübarizə sahəsində davamlıtədbirlər həyata keçirilib.

Bundan başqa, Komissiya sədri bildirib ki, Prezident İlhamƏliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadiislahatlar nəticəsində əldə edilən nailiyyətlərinmöhkəmləndirilməsi baxımından korrupsiyaya qarşı mübarizə mühüməhəmiyyət daşıyır. Bununla yanaşı, korrupsiyaya qarşı mübarizətədbirləri dövlət orqanlarının fəaliyyətinin müasir tələblərə uyğunolaraq qurulması və dövlət orqanlarına ictimai etimadıngücləndirilməsi baxımından da zəruridir. Eləcə də dövlətorqanlarının fəaliyyətində hesabatlılığın və məsuliyyətinartırılması, dövlət əmlakının düzgün idarə olunması sahəsində yeniçağırışlar da korrupsiyaya qarşı mübarizə fəaliyyətinin sistemli vədavamlı şəkildə aparılmasını şərtləndirir.

İclasda Komissiyanın Azərbaycan Respublikasının Milli Məclisitərəfindən seçilmiş yeni üzvləri təqdim olunub, korrupsiyaya qarşımübarizə sahəsində beynəlxalq əməkdaşlıq məsələləri də müzakirəedilib. Bu əməkdaşlıq çərçivəsində Korrupsiyaya qarşı MübarizəAparan Dövlətlər Qrupunun (GRECO) 5-ci dəyərləndirmə raunduçərçivəsində verdiyi tövsiyələrlə bağlı görülmüş işlər nəzərdənkeçirilib.

İclasda məhkəmə-hüquq sistemində aparılmış son islahatlarınkorrupsiyaya qarşı mübarizə fəaliyyətinə təsiri barədə məruzədinlənilib, bu sahədə şəffaflığın artırılması və korrupsiyayaşərait yaradan halların aradan qaldırılması üçün verilən təkliflərmüzakirə edilib. Eləcə də dövlət orqanlarının (qurumlarının)fəaliyyətində korrupsiya risklərinin müəyyən edilməsi, təhlili,qiymətləndirilməsi və qarşısının alınması ilə bağlı fikirmübadiləsi aparılıb.

Bundan başqa, Komissiyanın Reqlamenti və növbəti dövr üçün işplanı təsdiq edilib.

Избранный
30
36
az.trend.az

10Источники