RU

Körpə magistral yola çıxdı, sürücü şoka düşdü –VİDEO

Körpə magistral yola çıxdı, sürücü şoka düşdü

Moskva vilayətində gecə yol zolağına çıxan körpə möcüzəli şəkildə sağ qalıb.

AzPost bildirir ki, gecə saatlarında Stanovoye kəndi yaxınlığında Staro-Ryazanskoye şossesi ilə hərəkət edərkən sürücünün diqqətini qəfildən yolun kənarı ilə qəribə hərəkət edən obyekt çəkib.

Dərhal avtomobil saxlayan sürücü bunun çox üçüyən və ağlayan heç bir yaşı belə olmayan qız uşağı olduğunu görüb.

Sürücü qızı maşına mindirib və dərhal təcili yardım və polis çağırıb. On dəqiqə sonra onun yanına bir qadın gəlib və özünü uşağın nənəsi kimi təqdim edib. Lakin kişi uşağı ona verməkdən imtina edərək polisi gözləyib.

Bir müddət sonra qızın anası ona zəng edərək körpəni xilas etdiyinə, uşağı nənəsinə vermədiyinə görə təşəkkür edib.

Uşaqda birinci dərəcəli donvurma qeydə alınıb. Körpə hazırda evdə tibbi prosedurlardan keçir.

 

Избранный
42
2
azpost.info

3Источники