RU

İrakli Kobaxidze: ABŞ səfirliyi, USAID, NED... bizə qarşı koordinasiyalı şəkildə hərəkət etdilər

ABŞ-ın Gürcüstandakı səfirliyi, USAID, NED və digər qurumlar gürcü xalqına və gürcü dövlətinə qarşı koordinasiyalı şəkildə hərəkət etdilər.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ Dövlət katibi Marko Rubionun USAID-in fəaliyyəti ilə bağlı bəyanatını şərh edərkən söyləyib.

 

Baş nazir yeni administrasiya dövründə ABŞ səfirliyinin gürcü xalqına və Gürcüstan dövlətinə münasibətinin dəyişəcəyinə, səfirlik, USAID, NED və digər müvafiq qurumlar arasında mövcud olan çirkin koordinasiyaya son qoyulacağına ümid etdiyini bildirib.

Избранный
41
2
senzor.az

2Источники