RU

“Azərbaycan mədəni düşüncəsində yeniləşmənin baniləri” mövzusunda respublika konfransı keçiriləcək

Bakı, 6 fevral, AZƏRTAC

Bu ilin sentyabr ayında Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində dahi Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli və Müslim Maqomayevin anadan olmasının 140 illik yubileyinə həsr olunan “Azərbaycan mədəni düşüncəsində yeniləşmənin baniləri” mövzusunda respublika elmi konfransı keçiriləcək.

Muzeydən AZƏRTAC-a bildirilib ki, konfrans “Üzeyir Hacıbəyli və Müslim Maqomayevin Azərbaycan milli mədəniyyəti və milli düşüncəsinə təsir üfüqləri”, “Üzeyir Hacıbəyli və Müslim Maqomayev yaradıcılığı Azərbaycan ədəbiyyatı və publisistikası müstəvisində”, “Azərbaycan musiqi elmi və Üzeyir Hacıbəylinin musiqişünaslıq baxışları”, “Azərbaycan epistolyar irsi və Üzeyir Hacıbəyli, Müslim Maqomayev məktubları”, “Milli folklor yaradıcılıq mənbəyi kimi”, “XX əsrin əvvəllərinin Azərbaycan mətbuatı və Üzeyir Hacıbəyli, Müslim Maqomayev yaradıcılığı” bölmələri üzrə keçiriləcək.

Konfrans üçün məqalələri iyulun 1-dək təqdim etmək olar.

Избранный
16
1
azertag.az

2Источники