Superliqada oynayan "Hatayspor" 30 yaşlı qapıçı Erce Kardeşlərlə yollarını ayırıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə klub bildiriş yayıb.
Məlumatda deyilir: “Kapitanmız, qolkiper Erce Kardeşler ilə qarşılıqlı razılaşma əsasında yollarımızı ayırdıq. Erce Kardeşlərə komandaya indiyə qədər verdiyi töhvəyə görə təşəkkür edir və gələcək karyeralarında sonsuz uğurlar arzulayırıq”.
Fərid ASLAN
MİA.AZ