RU

Hesabında 14 min avro olduğunu iddia edən baş nazirin 35 milyonluq malikanəsi ÜZƏ ÇIXDI - VİDEO

Macarıstanın baş naziri Viktor Orbanın atasının adına aldığı və dəyəri 35 milyon avro olan malikanəyə sahib olduğu məlum olub.

Bizim.Media xəbər verir ki, bu barədə Fransanın araşdırmaçı jurnalistləri məlumatlar yayıblar.

Fransız jurnalistlərin məlumatına görə, Orban həmin sarayı 15 milyon avroya alıb və təmirinə daha 30 milyon sərmayə qoyub.

Qeyd edək ki, bəyannaməyə görə, Orban və həyat yoldaşının adına olan bank hesablarında cəmi 14 min avro məbləğ və Macarıstanda iki kiçik ev olduğu bildirilir.



Bizim.Media

Избранный
14
bizim.media

1Источники