"Araz-Naxçıvan" ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Zirə”ni məğlub etdi- 1:0.
"Football-plus.az" xəbər verir ki, "qırmızı-ağlar”ınbaş məşqçisi Elmar Baxşıyevoyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Maraqlı oyun alındı. Hər iki komanda meydanda yaxşı mübarizə apardı. Bilirdik ki, çətin oyun bizi gözləyir. Yolumuza davam edirik. Çempionat oyununa hazırlaşırıq. Kubok matçını vaxtı gələndə düşünəcəyik.
- “Araz-Naxçıvan” bu mövsüm az qol buraxır. Burdakı minimalhesablı qələbə sizi rahatladırmı?
- Kubok oyunları fərqli olur. Biz o baxış bucağından yanaşmırıq ki, üstünlük qazanmışıq.
- Jatobadan gözləntiləriniz necədi?
- Oyun üslubumuza uyğun futbolçudu. Çıxış etdiyi komandalarda əsas heyət üzvü idi. Normal məşqini edir və hazırlaşır. Getdikcə o da yaxşı formada olacaq.
- Necə oldu ki, Əyyub Allaşı gətirə bildiz?
- Hər futbolçu komandaya yeni güc qatır. Alluş da güvəndiyimiz futbolçudu. Sevinirik ki, təklifimizə isti yanaşdı.
- Misli premyer-liqasında növbəti mövsümdən komanda sayı artırıldı, legioner limiti ləğv edildi. Bu qərarları necə şərh edə bilərsiz?
- Ümumi götürsək, bu suala cavab vermək istəmirəm. Bizim nəsə deməyimiz də heç nəyi dəyişməyəcək. Premyer-liqada məşqçilərin çoxu limitin götürülməsinə qarşı idi. Siz bizim fikrimizi öyrənmək istəyirsizsə və bu, nəyisə dəyişməyəcəksə, cavabı da bizdə qalsın.
ƏSƏD SEYİDOV
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта