RU

“Qarabağ” Azərbaycan Kubokunda “Səbail”i tək qolla yendi

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2024/2025-ci illər mövsümünün 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun “Səbail”lə “Qarabağ” arasında baş tutub.

Ağdam təmsilçisi Premyer Liqanın aşkar autsayderi ilə görüşdə favorit idi. Amma “Qarabağ” bu görüşdə çətin qələbəyə sevinib.

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab qarşılaşmaları fevralın 27-də və 28-də keçiriləcək.

Azərbaycan Kuboku
1/4 finalın ilk oyunları
6 fevral

“Səbail” – “Qarabağ” 0:1
Qollar: Yassin Benzya, 35.
Hakimlər: Rauf Cabbarov, Zöhrab Abbasov, Teymur Teymurov, Kamranbəy Rəhimov.
VAR: Rauf Allahverdiyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: İlham Əliyev.
“Bayıl Arena”, 18:30.

Səbail: 1. Hüseynəli Quliyev, 74. Yusif Nəbiyev (k), 77. Fərid Nəbiyev, 20. Mert Çelik, 11. Rüfət Abdullazadə, 16. Emin Rüstəmov, 97. Oruc Məmmədov, 10. David Qomis, 8. Qorka Larruçea, 3. Dmitri Litvin, 5. Gitay Sofir.
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 22. Mirabdulla Abbasov, 96. İlkin Muradov, 18. Süleyman Əhmədov, 19. Samir Abdullayev, 88. Hacıəli Şirəliyev, 99. İnnosent Nşuti, 4. Marko Nikoliç, 7. Madi Keta, 14. Suleyman Alluş.
Məşqçi: Elvin Məmmədov.

Qarabağ: 99. Mateus Koxalski, 30. Abbas Hüseynov, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 66. Patrik Andrade, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 2. Mateus Silva, 21. Aleksey Kaşuk.
Ehtiyat oyunçular: 1. Şahrudin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 24. Aleksey İsayev, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 81. Kevin Medina, 19. Redon Cica, 11. Emmanuel Addai.
Baş məşqçi: Qurban Qurbanov.

Избранный
108
1
arena.az

10Источники