RU

Göyçayda su kanalı qana boyanıb - Səbəb nədir? VİDEO

Göyçay rayonunda kanaldan qanlı, köpüklü su axır.

Xezerxeber.az-ın məlumatına görə, rayonun Cəyirli kəndinin ərazisindən keçən su kanalının mövcud vəziyyəti sakinləri narahat edir.

Sakinlərin sözlərinə görə, aylardır ki, vəziyyət belədir.

Sakinlər bununla bağlı dəfələrlə aidiyyəti üzrə müraciət ediblər, ancaq bu günə kimi heç bir nəticə yoxdur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyin 8 saylı idarəsinin müfəttişi Rübail Allahverdiyev “Xəzər Xəbər”ə bildirib ki, sözügedən su kanalına baxış keçirilib.  Baxış zamanı müəyyən edilib ki, kanalı çirkləndirən qəssab fəaliyyəti ilə məşğul olan rayon sakini Baba Kərimov adlı şəxsdir. Onun barəsində protokol tərtib olunub. Bir daha belə qanunsuzluğa yol verməməsi tapşırılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
32
1
xezerxeber.az

2Источники