Ajans.az xəbər verir ki, hadisə rayonun Nurulu kəndində Fətulla Həsənova məxsus evdə qeydə alınıb.
Ümumi sahəsi 81 kvadratmetr olan qamışdan ibarət birmərtəbəli 2 otaq və aynabənddən ibarət ev anidən yanıb. Yanğın yerinə İmişli rayon yanğından mühafizə xidməti cəlb olunub.
Yanğın nəticəsində 1 otağının yanar konstruksiyaları 36 kvadratmetr sahədə yanıb.
Faktla bağlı araşdırma aparılır.