"Səbail" ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyununda evdə "Qarabağ"a uduzdu - 0:1.
"Football-plus.az" xəbər verir ki, "dənizçilər"in məşqçisi Elvin Məmmədov (baş məşqçi Cavid Hüseynov cəzalıdı - red.) oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Komandamı xüsusilə ikinci hissədə apardığı mübarizəyə görə təbrik edirəm. Çünki "Qarabağ" həm avrokuboklarda, həm də ölkə çempionatında sözünü demiş komandadı. Yaxşı oyun keçirdik. Dörd gündən sonra premyer-liqa matçımız var. Bu məğlubiyyəti unudub növbəti qarşılaşmaya hazırlaşacağıq.
- "Qarabağ"a qarşı çox yaxşı mübarizə apardız. Ümumiyyətlə, "Səbail" mövsümün ikinci yarısında çox yaxşı oyun sərgiləyir. Daha da irəli getmək üçün komandada nə çatmır?
- Bəli, oyundan-oyuna daha yaxşısını edirik. Bilirik ki, komandada bəzi şeylər çatışmır. Baş məşqçimiz bunu daha yaxşı bilir. İnşallah, növbəti oyunlarda maksimum nəticələr qazanmağa çalışacağıq. Bu gün "Qarabağ"a qarşı layiqli mübarizə apardıq.
- "Qarabağ" 14 künc zərbəsi yerinə yetirsə də, bu yolla fərqlənə bilmədi. Bu epizodların üzərində xüsusi çalışmışdız?
- Bəli, məşqlərdə bu məsələlər üzərində çalışırıq.
KƏNAN BAHADIR
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта