1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"23 Mart" hərəkatının (M23) üsyançıları Ruanda ordusunun dəstəyi ilə Konqo Demokratik Respublikasının şərqindəki İhusi şəhəri üzərində nəzarəti təmin ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə RFI radiostansiyası Konqo DR parlamentinin aşağı palatasının spikeri Vital Kamerheyə istinadən məlumat verib.
Spiker üsyançıların hazırda İhusi şəhərində olduqlarını bildirib.
Qeyd edək ki, üsyançılar bir gün əvvəl Cənubi Kivuda yerləşən Nyabibve şəhərini ələ keçirmişdilər.
Döyüşlər fevralın 4-də başlayıb.