İngiltərə Kubokunda yarımfinal mərhələsinin növbəti matçı keçirilib.
Futbolpress.az xəbər verir ki, ilk oyunda “Tottenhem”ə 0:1 hesabla məğlub olan “Liverpul” cavab görüşündə londonlulara 4 cavabsız qol vuraraq, adını finala yazdırdı.
Qeyd edək ki, kubokun ilk finalçısı “Arsenal”ı mübarizədən kənarlaşdıran “Nyukasl”dır.
İngiltərə Kuboku
Yarımfinal
7 fevral
Liverpul – Tottenhem 4:0
Qollar: K.Qakpo, 34, M.Salah, 51 (pen.), D.Szoboszlayi, 75, Van Dayk, 80