RU

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin bu gün məhkəməsi olacaq

Bu gün hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək.

Demokrat.az "Report"a istinadən bildirir ki, Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ respublikası, onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq, digər qanunsuz əməllərdə təqsirləndirilirlər.

Bu gün prokurorlar onların cinayət işi üzrə məhkəmədə ittiham aktının nəticəvi hissəsinin elanını davam etdirəcəklər.

Daha sonra təqsirləndirilən şəxslər onlara qarşı verilmiş ittihamlara münasibət bildirəcəklər.

Избранный
41
4
demokrat.az

10Источники