RU

AFFA “Vətən” - “Neftçi” oyunu ilə bağlı araşdırmaya başlayıb

AFFA U-17 Liqasının XXVI turunda keçirilən “Vətən” - “Neftçi” oyununda baş verən hadisəyə münasibət bildirib.

İdman.biz xəbər verir ki, qurumun mətbuat xidməti hadisə ilə bağlı məlumat yayıb.

Bildirilir ki, yaşananlara İntizam Komitəsində hüquqi qiymət veriləcək: “AFFA U-17 Liqasında keçirilən “Vətən” – “Neftçi” oyununda təəssüf ki, xoşagəlməz hadisələr baş verib. AFFA olaraq baş verən hadisəni pisləyirik. Hazırda araşdırma aparılır və AFFA İntizam Komitəsinin növbəti iclasında bununla bağlı qərar veriləcək”.

Qeyd edək ki, bu qarşılaşmada “Vətən”in inzibatçısı “Neftçi”nin baş məşqçisi Asif Ramazanova kəllə ataraq onun burnunu sındırıb.

İdman.biz

Избранный
30
1
idman.biz

10Источники