RU

Sinqapur sahillərində 23 ton dizel yanacağı sızıb

Sahil mühafizə bazasında yanacaq şlanqı zədələndikdən sonra Sinqapur yaxınlığındakı sularda 23 ton dizel sızması baş verib...

Poliqon xəbər verir ki, bu barədə ölkənin polis departamenti bildirib.

Polis sızmanın fevralın 5-də baş verdiyini vurğulayıb. Yanacaq şlanqı Selat Sengkire limanında patrul gəmilərinə yanacaq doldurmaq üçün istifadə edilib.

Nəşr qeyd edir ki, sızma təxminən dörd saat sonra lokallaşdırılıb və hazırda suyun təmizlənməsi üçün işlər aparılır.

Poliqon.info

Избранный
16
poliqon.info

1Источники