İran ilk pilotsuz təyyarə daşıyıcısını təqdim edib.
Fins.az xəbər verir ki, bu barədə “Mehr” məlumat yayıb.
“İranın Şahid Baqiri adlı ilk pilotsuz təyyarə daşıyıcısı cümə axşamı səhər saatlarında nümayiş etdirilib”, - məlumatda deyilir. Nəşr müxtəlif tipli PUA-ların yerləşdirildiyi təyyarədaşıyan gəminin fotoşəkillərini dərc edib.
Xatırladaq ki, yanvar ayında İslam İnqilabı Keşikçiləri Korpusu biri Hərbi Dəniz Qüvvələrinin ehtiyaclarını ödəyən iki yeraltı hərbi baza elan etmişdi. Bundan əlavə, 4 min km-ə qədər məsafədə 13-ə qədər döyüş başlığı daşıya bilən super ağır Qəzza pilotsuz təyyarəsi təqdim edildi.