RU

Ruslar 11 ukraynalı əsgəri əsir götürdü: Onları arxa cəbhəyə aparanda...

Ukrayna Silahlı Qüvvələri (VSU) Çerkasskaya Konopelkaya uğursuz hücumdan sonra rus motoatıcıları Kursk vilayətində 11 ukraynalı əsgəri əsir götürüb.

Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Komandirliyə bu əraziləri ələ keçirmək tapşırılmışdı. Çox çalışdıq, hər şeyi gözəl, itkisiz götürdük. Amma o tərəfdə itkilər oldu, 11 əsir götürüldü. Qruplarımız inamla və cəsarətlə içəri girdilər. Döyüş taktikası düşünülmüş idi. Onlar artıq təslim olduqlarını söylədilər və biz onları əsir götürdük", - deyə döyüşdə iştirak edən rus əsgərlərdən biri deyib.

Onun sözlərinə görə, rus əsgərləri əsirləri arxa cəbhəyə aparanda Ukrayna Silahlı Qüvvələrinin artilleriyası onları aktiv şəkildə atəşə tutub.

Избранный
33
publika.az

1Источники