“Barselona” İspaniya Kubokunun yarımfinalına vəsiqə qazanıb.
Sportinfo.az xəbər verir ki, Kataloniya təmsilçisi 1/4 final mərhələsində “Valensiya”nı səfərdə 5:0 hesabı ilə darmadağın edərək mərhələ adlayıb.
Matçda qolları Ferran Torres (het-trik), Fermin Lopes və Lamin Yamal vurublar.
Yarımfinal mərhələsinə “Atletiko Madrid”, “Real Madrid” və “Real Sosyedad” klubları da yüksəlib.