RU

Ermənistan Azərbaycana qarşı məhkəmə iddialarından "əl çəkə bilər"

Ermənistan sülh sazişindən sonra Azərbaycana qarşı məhkəmə iddialarını geri götürə bilər.

Ermənistanın Baş naziri Nikol Paşinyan bu haqda ABŞ-ın Atlantik Şuranın təqdimatı zamanı Azərbaycanla sülh sazişi layihəsinin həll olunmamış iki maddəsiylə bağlı sualı cavablandırarkən deyib.

"Nəinki bütün şikayətləri geri götürmək, hətta ikitərəfli münasibətlərdə bütün bu məsələləri gündəmə gətirməmək lazımdır", Paşinyan deyib.

2021-ci ilin sentyabrında əvvəl Ermənistan, bir həftə sonra isə Azərbaycan BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində bir-birinə qarşı uzun illər davam etmiş Qarabağ münaqişəsindən və İkinci Qarabağ müharibəsindən sonra məhkəmə iddiaları qaldırıb. Ölkələr bir-birini müvafiq olaraq, irqi, milli və etnik mənsubiyyətlərinə görə ayrı-seçkilikdə ittiham edib.

Azərbaycan Prezidenti İlham Əliyev də bir qədər əvvəl bu sazişin razılaşdırılmamış bəndlərindən bəhs edərkən demişdi ki, "onlardan biri bir-birinə qarşı beynəlxalq iddialardan kənarda durmaqdır".

" Zənnimcə, bu, qarşılıqlı şəkildə qəbul olunan maddədir", Əliyev bildirib.

Ermənistan Baş naziri mövzuyla bağlı nitqinin davamında vurğulayıb ki, ölkəsinin təklifi "hazırki ziddiyət yaradan mövzuların müzakirəsini dayandıraraq, ikitərəfli münasibətləri boş və təmiz səhifədən başlamaqdır".

Azərbaycanda Paşinyanın son açıqlamalarına hələ ki, reaksiya yoxdur.

Videoya YouTube kanalımızda baxın.

Избранный
36
bbc.com

1Источники