RU

İş adamı helikopter qəzasında öldü - FOTO

İtaliyanın şimalındakı Parma şəhəri yaxınlığında helikopter qəzaya uğrayıb.

Gundem.az qafqazinfo-ya istinadən xəbər verir ki, qəza nəticəsində 3 nəfər ölüb.

Ölənlər helikopterdəki iki pilot və sənaye şirniyyat məhsulları sektorunun öndə gedən adlarından olan iş adamı Lorenzo Rovaqnatidir.

Bildirilib ki, Rovaqnati adətən çərşənbə günləri Milandan Kastel - Qvelfodakı malikanəsinə helikopterlə gedirmiş.

İlkin məlumata görə, qəzaya sıx dumana görə görmə qabiliyyətinin azalması və ya quyruq pərvanəsindəki mexaniki nasazlıq səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Məqaləyə dair fotomateriallar:

Избранный
26
9
gundem.az

10Источники