RU

Məmur qəza törətdi - Ölən var

Dünən Sumqayıtda ağır yol qəzası baş verib.

News24.az xəbər verir ki, Ədliyyə Nazirliyinin əməkdaşı, icra məmuru Tural Cəfər oğlu İsayev “Mercedes” markalı avtomobillə Binəqədi-Novxanı-Corat yolu ilə paytaxt istiqamətində hərəkətdə olarkən yolu keçən qadını vurub. Nəticədə ağır xəsarət alan Nərgiz İsgəndərova hadisə yerində ölüb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır./qafqazinfo

Избранный
74
12
news24.az

10Источники