AFFA U-17 Liqasında keçirilən “Vətən” – “Neftçi” oyununda təəssüf ki, xoşagəlməz hadisələr baş verib.
Matçın 69-cu dəqiqəsində “Vətən”in inzibatçısı “Neftçi”nin baş məşqçisi Asif Ələsgərovu başla vurub. Nəticədə məşqçinin burnu sınıb.
AFFA-nın mətbuat xidmətindən bildirilib ki, hazırda araşdırma aparılır və İntizam Komitəsinin növbəti iclasında bununla bağlı qərar veriləcək.
Qeyd edək ki, görüş “Neftçi”nin 3:0 hesablı qələbəsi ilə başa çatıb.