RU

Santorinidə zəlzələ fırtınası davam edir

Bakı, TurkicWorld

Yunanıstanın məşhur turistik adalarından biri olan Santorinidə seysmik aktivlik artmaqda davam edir.

TurkicWorld xəbər verir ki, minlərlə zəlzələnin qeydə alındığı bölgədə vəziyyət gərginləşdiyi üçün bütün adada fövqəladə vəziyyət elan edilib.

Yunanıstan Seysmoloji Mərkəzinin məlumatına görə, cümə axşamı saat 20:16-da Santorini ilə Amorgos adası arasındakı dənizdə 4,6 bal gücündə zəlzələ baş verib. Təxminən iki saat sonra daha bir 4,2 bal gücündə yeraltı təkan qeydə alınıb.

Rəsmi qurumlar hələlik tələfat və ciddi dağıntılar barədə məlumat verməsə də, yerli sakinlərin əksəriyyəti adadan təxliyə olunub.

İndiyə qədər qeydə alınan ən güclü təkan çərşənbə günü 5,2 bal gücündə olub və səlahiyyətlilər bölgədə yamac sürüşmələrinin mümkün olduğunu açıqlayıb.

Sunami ehtimalına qarşı Santorini sahillərində qoruyucu baryerlər qurularaq, qum torbalarından maneələr yaradılıb. “Bütün fövqəladə planlar hazırdır. Biz hər ehtimala qarşı tədbir görmüşük.” - deyə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis bildirib.

Santorini Yunan vulkanik qövsünün bir hissəsi olsa da, ekspertlər bu dəfəki zəlzələ aktivliyinin vulkanik hərəkətlərlə deyil, tektonik plitələrin hərəkəti ilə bağlı olduğunu bildirirlər.

Seysmoloqlar xəbərdarlıq edirlər ki, bölgədə təkanlar həftələrlə davam edə bilər.

Избранный
43
7
turkic.world

8Источники